Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığı yüksək qiymətləndirir.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Vişeqrad qrupu ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa zamanı deyib.

O bildirib ki, Azərbaycan həmişə tərəfdaşları ilə dərin bərabərhüquqlu münasibətləri dəstəkləməyə hazırdır.

F.Şəfiyevin sözlərinə görə, Azərbaycan Avrozonaya inteqrasiya proseslərini dəstəkləsə də, Avropa İttifaqına üzvlük Azərbaycanın prioritetləri sırasına daxil deyil.