Rusiyada ağır qəza: bir ailənin 5 üzvü öldü
Rusiyanın Krasnoyarsk diyarının Uyarsk rayonunda minik avtomobili və yük maşını toqquşub.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üçü uşaq olmaqla beş nəfər dünyasını dəyişib.
Qəza “Sibir” R-255 trasında qeydə alınıb. Həyatını itirən şəxslər bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.

