Siyasət 

Enzo Moavero-Milanezi: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var”

ARANTV.AZ xəbər verir ki,“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var”. İtaliyanın xarici işlər naziri Enzo Moavero-Milanezi ATƏT-in Daimi Şurasının iclasında çıxışı zamanı belə deyib. Nazir bildirib ki, ATƏT Şərq və Qərb arasında konstruktiv dialoq üçün meydan olmalıdır. Bu il İtaliya ATƏT-ə sədrlik edir. Qurum rəhbərliyi İtaliyanın sədrliyi dövründə təşkilatın prioritetlərindən birinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacağını açıqlamışdı. İtaliya rəhbərliyi regionda olan problemlər, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcəyini bəyan etmişdi.

Daha çox xəbərlər