Siyasət 

Məmmədyarovun həmsədrlərlə görüşü başladı

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Bratislavada ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şefer ilə (ABŞ) görüşü başlayıb.

ARANTV.AZ-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb .

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edir.

Qeyd edək ki, E.Məmmədyarov Bratislavada ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək.Oxu.Az

Daha çox xəbərlər