“Heydər Əliyevlə bağlı xatirələri bir-iki kəlmə ilə demək olmaz”-Sİyavuş Novruzov
Heydər Əliyev dahi şəxsiyyət idi. Azərbaycan tarixinə belə şəxsiyyət gəlməyib. ARANTV.AZ-ın məlumatına görə, bunu Siyavuş Novruzov Heydər Əliyevin anım günündə deyib.
“Ulu öndər Heydər Əliyev böyük siyasətçi, şəxsiyyət, dövlət adamı olub. Bugünki müstəqil Azərbaycan ul№u öndər Heydər Əliyevə borcludur. Onun həyata keçirdiyi islahatlar, qurduğu dövlət uzun illər yaşayacaq. Çünki bu dövlət çox sağlam təməllər üzrə qurulub. Ümumilli Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı. İstənilən dövrdə o, sübut etdi ki, tutduğu vəzifədən asılı olmayaraq tək amalı xalqa xidmətdir. Ulu öndər hər zaman xalqa xidmət edib, ən çətin dövrdə istefada olmasına baxmayraq, millətinin yanında oldu. Azərbaycanı quran və bu cür inkişaf etdirən Heydər Əliyev və onun idealarıdır. Bu idealar hər zaman yaşayacaq. Bəşər tarixinə belə bir şəxsiyyət gəlməyib. Ulu öndərlə bağlı çoxlu xatirələrim var. 1990-cı illərdən Ulu öndərin yanında olmuşam. Prezidentliyi və partiyamıza sədrlik etdiyi dövrdə onun rəhbərliyi altında çalışmışam. Ümummili lider Heydər Əliyevlə məni bağlayan çox xatirələr var. O xatirəri bir-iki kəlmə ilə demək olmaz. Onların arasında elələri var ki, onu nə yazmaq, nə də çəkmək olmaz.Sonxeber.az

