Astronomlar Kil bürcündə yeni doğulan ulduzların fotosunu çəkdilər
Astronomlar Saman Yolu Qalaktikasındakı Kil bürcündəki “NGC 3372” qalaktik dumanlığın yeni fotosunu əldə ediblər.
ARANTV.AZ xəbər verir ki, bu barədə Avropa Cənub Rəsədxanasından məlumat verilib
Qalaktik dumanlılıq Yerdən 7500 işıq ili uzaqda yerləşən Kil bürcündə yerləşir. Onun bəzi regionlarında ulduzlar doğulur və ölür. Bu zaman isə nəhəng qaz və toz buludları yaranır.
Yaxınlıqda isə tünd bölgələr var və burada toz qatları arxasında yeni doğulan ulduzlar var. Ulduz küləyi və yüksək enerjili şüalanma sayəsində ulduzların işartısı görünür.
Alimlər Çilidə yerləşən “VİSTA” teleskopu vasitəsilə yeni foto əldə ediblər.

Ölkə.Az

