Ələt-Astara yolunda ağır qəza: yaralılar var
Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ Report-a istinadən xəbər verir ki, hadisə yeni çəkilən Ələt-Astara magistral yolunun 100-cü kilometrliyində, rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər – 1991-ci il təvəllüdlü Əliyev Tofiq Mirəli oğlu və 1973-cü il təvəllüdlü Qasımov Namiq İbrahim oğlu yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

