Psixiatrik dispanserdə YANĞIN: 2 nəfər öldü – Belarusda
Belarusun Qrodno şəhərində yerləşən psixiatrik dispanserdə yanğın baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, yanğında 2 nəfər pasient ölüb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala biliblər.
Hazırda Belarus Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisənin başvermə səbəblərini araşdırırlar.

