Bakıda avtobus sürücüləri “avtoşluq” etdilər – VİDEO
Bakıda iki sərnişin avtyobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
ARANTV.AZ xəbər verir ki, sürücülər avtobusu sürətlə sürərək, sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər Bakı küçələrindən birində lentə alınıb. 113 və 106 nömrəli avtobuslar yolda bir birləri ilə ötüşür, dayanacağa daha tez çatmaq üçün yarışırlar. Görüntülərdən aydın görünür ki, avtobus sürücülərinin ikisi də heç bir qaydaya məhəl qoymur. İşıqforda qırmızı işığın yanmasına baxmayaraq, eyni sürətlə yollarına davam edirlər.
Sözügedən videonu təqdim edirik:
Qeyd edək ki, qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz. Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.BiG.AZ

