Hələbdə terror aktı: 2 ölü, 18 yaralı
Suriyanın Hələb şəhərində terror aktı törədilib.
ARANTV.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, bomba ilə yüklənmiş motosikletlə edilən hücumda 2 nəfər ölüb, 18 nəfər yaralanıb. Partlayış Məytəm məscidi qarşısında baş verib.
Hadisə yerinə təcili yardım qrupu və təhlükəsizlik qüvvələri cəlb edilib.

