Kubada faciə: 2 ölü, 11 yaralı
Kubanın Mayabeke əyalətində iki sərnişin furqonu toqquşub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində 2 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.
Bildirilir ki, bütün xəsarət alanlar hazırda həkim nəzarəti altındadır.
Qəzanın səbəbi araşdırılır.

