Siyasət 

Parlament seçkilərində iştirak üçün neçə nəfərin namizədliyi təsdiq olunub?

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 namizəd müraciət edib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, həmin şəxslərin 71-nin namizədliyi artıq təsdiq olunub. Onlardan 29-u isə imza vərəqələrini artıq götürüb.

Daha çox xəbərlər