Hadisə 

Azərbaycanda icra başçısı həbs edildi? – AÇIQLAMA

Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilməsi barədə iddia səslənib.

ARANTV.AZ xəbər verir ki, bu barədə unikal.org məlumat yayıb. Qeyd edilib ki, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu iş başında yaxalanıb.

Ağstada RİH-dən isə bildirilib ki, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.

Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Hadisə barədə ilk xəbəri bakupost.az saytı yayıb.

Daha çox xəbərlər