Cəmiyyət 

Ukraynada qanunsuz yaşayan azərbaycanlı cərimə olundu

Ukraynada qanunsuz yaşayan azərbaycanlı cərimə edilib.

Golos.ua-nın xəbərinə görə, o, avqust ayından Nikolaevski vilayətində qanunsuz yaşayıb.

Miqrasiya qanunvericiliyini pozan azərbaycanlı barədə inzibati protokol tərtib edilib.

O, 1700 qrivna (123 AZN) cərimə edilib və Azərbaycana məcburi qaytarılması barədə qərar qəbul olunub.

Protokola görə o, eyni zamanda, Ukrayna İnzibati Xətalar Məcəlləsinə əsasən 340 qrivna (təxminən 24 AZN) cərimə ödəyəcək.

Daha çox xəbərlər