Vahid Ələkbərov: Azərbaycanda iki layihə üzrə danışıqlar aparırıq
“LUKoil” neft şirkəti Azərbaycanla iki layihə üzrə danışıqlar aparır.
ARANTV.AZ-ın məlumatına görə, bunu “LUKoil” neft şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov “Kommersant”a müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanla aparılan danışıqlar prosesinin 2020-ci ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur.
V.Ələkbərov müqavilələr imzalanmamasını əsas gətirərək, həmin layihələrin adlarını çəkmək istəməyib. Oxu.Az

