Siyasət 

Prezident II Avropa Oyunlarının qalibinə mənzil bağışladı – Bəs digərləri kimdir? – FOTO

Bu gün Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

ARANTV.AZ xəbər verir ki, bəzi idman xadimləri və idmançılara fəxri fərman, bəzilərinə isə ev verilib.

Onlardan bəziləri məşhur simalardır. Məsələn, qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə Şahin Mahmudova (budo) və Ramil Əhmədova (pauerliftinq) fəxri fərman verilib.

Mənzil verilən idmançılar arasında bu il hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanmış Salman Əlizadə (boks), komandalar arasında Avropa çempionatında üçüncü yeri tutmuş millimizin üzvü Xanım Balacayeva (şahmat), dünya çempionatında eyni uğura imza atmış Emil Həsənov (sambo) və II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı (karate) var.

Həmçinin, “Neftçi”nin sabiq futbolçuları, veteranlar Vladislav Qədirov və Səməd Qurbanova da ev verilib.

Bundan başqa, yunan-Roma güləşi üzrə məşqçi Bəhram Mürvətova, güləş hakimi Qərib Əliyevə, samboçu Rəşad Məmmədova, yeniyetmə cüdo millimizin baş məşqçisi Ramiz Ramizzadəyə, atletikanın üçtəkanla tullanma növü üzrə məşqçi Bəhruz Salehliyə, taekvondoçu Səid Quliyevə, velosiped üzrə millimizin baş məşqçisi Əbülfəz Məmmədova, üzgüçülük üzrə millimizin baş məşqçisi Rəşad Əbdürrəhmanova, şahmat məşqçisi Anar Allahverdiyevə, keçmiş paracüdoçu Kərim Sərdarova, pauerliftinqçi Kamil Qafarova, keçmiş samboçu Ceyhun Hüseynova, muay-tay üzrə millimizin kapitanı Cabbar Mustafayevə də mənzil bağışlanıb.Oxu.Az

Daha çox xəbərlər