Hadisə 

Qaxda ağır qəza: ölən var

Qax şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 24-də saat 13 radələrində Qax şəhəri ərazisində Yevlax rayon sakini M.İsgəndərov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə avtomobildəki sərnişin Cəsarət Əlizadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər