Prezident bir daha təsdiq etdi ki, veteranların, şəhid ailələrinin daim yanındadır”-Əfqanıstan veteranı
Bu gün sovet-əfqan müharibəsinin başlamasının 40 ili tamam olur. 1979-cu il dekabrın 25-də Moskva vaxtı ilə saat 15.00-da SSRİ hərbi qüvvələri Əfqanıstan ərazisinə daxil olub.
Əfqan müharibəsi 10 il davam edib və 1989-cu ildə başa çatıb. Bu müharibə SSRİ-nin süqutuna ciddi təsir edən əsas hadisələrdən biri hesab olunur. Eyni zamand dünyada islam cihadizmi terminin praktik olaraq meydana çıxması Əfqanıstan müharibəsində baş verib. Əfqan müharibəsi SSRİ ilə Qərb arasında son ciddi toqquşma olub. ABŞ SSRİ-yə qarşı savaşan əfqan müqavimtə qruplaırnı dəstəkləyib.
Bu savaş SSRİ-yə 50 milyard rubl vəsait xərcləyib, həmçinin 15 min hərbçi itirib, 52 min nəfər isə yaralanıb.
Əfqan müharibəsinin təsiri Azərbaycandan da yan keçməyib. Bu mühairbədə 10 il ərzində 7500 azərbaycanlı iştirak edib. Onlardan 208 nəfər müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Əfqan veteranlarının bir qismi daha sonra Qarabağ müharibəsində iştirak edib. Hazırda Azərbaycanda 5 min nəfərə yaxın Əfqanıstan müharibəsi veteranı var. Eyni zamanda 17 nəfər Milli Qəhrəmanımız da Əfqanıstan müharibəsi veteranıdır.
Mövzu ilə əlaqədar Əfqanıstan müharibəsi veteranı, polkovnik Adil Haqverdiyev Sonxeber.az-a danışıb. O, bildirib ki, rəsmi olaraq Sovet İttifaqının 40-cı ordusu dekabrın 25-də Əfqanıstan ərazisinə daxil olub:
“Mən xüsusi təyinatlı briqadanın komandiri olaraq 7 aprel 1979-cu ildə Əfqanıstana daxil olmuşam. Vəziyyət gərginləşdiyindən Əfqanıstan kömək üçün Sovet hökumətinə müraciət etməli oldu. Əfqanıstan Xalq Demokratik Partiyasının baş katibi Nur Məhəmməd Təraki Moskovaya gələrək Brejnevdən xahiş edib ki, ona kömək edərək qoşunu Əfqanıstana yeritsin. Məqsəd, dövlətçiliyin itməməsi ilə bağlı idi. Həmin qoşun o müraciətdən sonra Əfqanıstana daxil oldu. Ona görə də rəsmi olaraq bu gün Orta Asiyadan 40-cı ordu daxil oldu Əfqanıstana. Əfqan xalqının mənafeyini, dövlətçiliyini qorumaq üçün onlara köməklik göstərirdik .Düzdür, 10 il müharibə oldu amma müharibəni tək Əfqanıstanın antipartiya hərəkatları ilə deyi, eyni zamanda xarici ölkələrin ordusu ilə də aparırdıq. Məlumat verim ki, İngiltərədən, Fransadan, Amerikadan, Almaniyadan orada qoşunlar var idi. Əfqanıstanın keçmiş ordusu Pakistan sərhədindən Pakistana və İrana, 200 minə yaxın adam da Çin sərhədindən Çin Respublikasına keçmişdi. Onlar Əfqanıstanın Qumar şəhəri ilə üzbə-üz olan Pakistanın Pişavari şəhəri istiqamətindən hücumlar edirdilər. Həmin o, döyüşdə iştirak edirim. İlk döyüşüm Cəlilabad şəhərində olub. Daha sonra Qardes, Aşağı Urqun, Yuxarı Urqun şəhərindən Qumar şəhərinə daxil olduq. Qumar şəhəri hündürdə, Pakistanla sərhəddə yerləşir. Oradan gündə 2-3 dəfə bizim briqadaya hücumlar edirdilər və biz də qarşısınə alırdıq. Nəticə olaraq deyim ki, bizim ordu orada sülhməramlı idi yəni, Əfqan xalqının düşmənlərinə qarşı döyüşürdü. Əsasən də, ordunun tərkibi Azərbaycandan, Orta Asiyanın Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan,Tacikistan kimiölkələrindən idi. Həmçinin biz Əfqanıstanın daxili işlərinə qarışmırdıq, ancaq daxili və xarici düşmənlərdən qoruyurduq onları.
Qeyd etməliyəm ki, dövlətimizin başçısının müharibə iştirakçılarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərman və Sərəncamlar biz veteranlara ali diqqət və qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı bir daha təsdiq etdi ki, o veteranların, şəhid ailələrinin daim yanındadır.

