Dünya 

Qazaxıstanda təyyarə yaşayış binasına çırpıldı – DƏHŞƏTLİ VİDEO

Alma-Ata hava limanından çıxan təyyarə yaşayış binalarının üstünə çırpılıb.

ARANTV.AZ-ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, “Bek Air” şirkətinin Fokker-100 təyyarəsində 95 sərnişin və 5 ekipaj üzvü olub.

İlkin məlumata əsasən, qəza nəticəsində azı 9 nəfər ölüb, xeyli sayda yaralı var.

Hadisə yerindən yayılan videoda qadın çox adamın öldüyünü, bir çoxlarının xilas edildiyini, lakin insanların uzun müddət təcili yardım maşınlarını gözlədiyini deyir.

Hadisə yerində xilasedicilər işləyir.

 

Daha çox xəbərlər