Cəmiyyət 

Yuxusuzluğun gizli səbəbləri

Yuxusuzluq, apatiyanın səbəbləri arasında bəzi dərmanların qəbulu, havasız məkanda uzun müddət qalmaq və s. ola bilər.

Lakin bəzi hallarda keçməyən yuxululuq hər hansı xəstəliyin simptomu kimi meydana çıxır.

Qanazlığı

Yuxusuzluq qanazlığının əsas simptomlarından biridir. Orqanizmdə dəmirin çatışmazlığı hemoqlobinin istehsalını azaldır. Hemoqlobin orqanizmin hər hüceyrəsinə oksigen daşıyır. Beyin oksigenin çatışmazlığına birinci reaksiya verir ki, insan yuxusuzluq, zəiflik, başgicəllənməsi hiss etməyə başlayır.

Depressiya

Depressiya da özünü səbəbsiz yorğunluq, zəiflik və yuxusuzluqla büruzə verir. Depressiyada olan insan hətta yataqdan durmaq, adi ev işlərini görmək, özünə baxmaq istəmir.

Apnoe

Yuxuda xoruldayan (tibdə buna “apnoe” deyilir) insanlarda gecə zamanı dəfələrlə nəfəsalmanın dayanması baş verir. Bunun nəticəsində insan hiss etmədən tez-tez oyanır və yenə yuxuya gedir. Təbii ki, belə yuxu natamam olur və insan gün ərzində daim yuxusuzluq və yorğunluq hiss edir.

Apnoenin digər daha ciddi təhlükəsi ondan ibarətdir ki, bu hal infarkt və xüsusilə də insult riskini artırır.

Zob xəstəliyi

El arasında qalxanvari vəzi xəstəlikləri daha çox “zob” kimi tanınır. Qalxanvari vəzinin funksiyası azalanda yorğunluq, keçməyən yuxusuzluq, yaddaşın pozulması, çəkinin səbəbsiz artması kimi simptomlar meydana çıxır.

Hipertoniya (aşağı təzyiq)

Hipertoniyadan əziyyət çəkənlərdə beyin kifayət qədər oksigen almır və bu da yuxusuzluq, zəiflik, baş gicəllənməsinə səbəb olur.

Şəkərli diabet

Orqanizmin əsas enerji mənbəyi qlükozadır. Şəkərli diabet zamanı qlükozanın hüceyrələrə daxil olması prosesi pozulur ki, nəticədə insan özünü zəif, yorğun və yuxulu hiss edir.

Röya Rasimqızı, “İki sahil”

Daha çox xəbərlər