Şəki sakini kəsici alətlə özünə xəsarət yetirdi
Şəki sakini özünə çoxsaylı xəsarət yetirib.
ARANTV.AZ “Qafqazinfo”-a istinadən məlumat verir ki, rayonun Muxtar Əliyev küçəsi ev 34-də yaşayan 1994-cü il təvəllüdlü sakini Şirəliyev Vüqar Hacı oğlu sağ əlinin üst səthinin çoxlu sayda kəsilmiş yaraları ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaralıya yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

