Hindistanda avtobus mikroavtobusla toqquşub: 9 ölü, 40 yaralı
Hindistanın Uttar-Pradeş ştatında avtobus mikroavtobusla toqquşub.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində azı 9 nəfər həlak olub, 40-dan çox insan xəsarət alıb.
Məlumata əsasən, avtobusda toya gedən bir qrup şəxs, mikroavtobusda isə Sasni şəhərindən Aliqarx şəhərinə yollanan sərnişinlər olub.
Qəzaya səbəb mikroavtobusun sürücüsünün idarəetməni itirməsi olub.

