Dünya 

Qara dənizdə tankerlə balıqçı gəmisi toqquşdu: 3 nəfər itkin düşüb

Qara dənizin Türkiyə sahillərində Rusiyanın “GLARD 2” tankeri ilə balıqçı gəmisi toqquşub.

ARANTV.AZ APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində balıqçı gəmisi batıb.

Gəmidə olan 6 nəfərdən 3-ü xilas edilib, digər 3 nəfər isə itkin düşüb.

İtkin düşən şəxslərin axtarışı davam etdirilir.

Daha çox xəbərlər