Dünya 

Zelenski İranın etirafına münasibət bildirib

Ukrayna İrandan təqsirini tam etiraf edib rəsmi üzr istəməsini, təzminat ödəməsini, həmçinin Ukrayna təyyarəsinin vurulmasında günahkar olanların məsuliyyətə cəlb olunmasını gözləyir.

ARANTV.AZ-ın RT-yə istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski öz “Facebook” səhifəsində yazıb:

“Biz günahın tam etiraf olunmasını tələb edirik. İrandan tam və açıq araşdırmaya, günahkarların məsuliyyətə cəlb olunmasına, ölənlərin cəsədlərinin geri qaytarılmasına, kompensasiyaların ödənilməsinə, diplomatik kanallar vasitəsi ilə rəsmi üzr istəməsinə hazır olacağını gözləyirik “.

Zelenski istintaqın süni gecikmə olmadan aparılacağına ümid etdiyini bildirib.

“45 nəfər mütəxəssisimiz ədaləti bərqərar etmək üçün tam girişə malik olmalı və onlarla əməkdaşlıq edilməlidir”, deyə o vurğulayıb.

Xatırladaq ki, daha öncə İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında İranın Tehran vilayәtinin Parand şәhәri yaxınlığında yanvarın 8-də qәzaya uğrayan Ukraynaya mәxsus tәyyarә sәhvәn vurulduğu bildirilib.

Daha çox xəbərlər