Dünya 

Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirildi

Türkiyənin Pülümür rayonunun Akdik kəndində iyulun 30-da keçirilən əməliyyat zamanı öldürülən silahlılardan biri Musa Çetiner (“Kombat Çetin” ləqəbli) Türkiyə Daxili İşlər Nazirliyinin cinayətkarların “qırmızı siyahısı”na daxil olan terrorçulardan olub.

ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, “Tunceli vilayətinə məsul şəxs” kimi tanınan Çetinerə görə Türkiyə tərəfi 4 milyon lirə mükafat vəd edibmiş.

Musa Çetiner 10 cinayətin törədilməsində ittiham olunaraq, axtarışa verilib.

Terrorçu 2016-cı ildə Tunceli və Nizamiyədə polis və jandarma qüvvələrinə qarşı törədilən iki teraktın təşkilində ittiham olunub. Həmin hadisələr zamanı bir hərbçi ölüb.

2005-ci ildə Çetinli kəndində terrorçunun yerləşdirdiyi minanın partlaması nəticəsində iki əsgər ölüb. 2011-ci ildə Çetinerin əmri ilə Iğdır Polis İdarəsinə hücum olub.

Daha çox xəbərlər