Dünya 

“Səni deyirlər” Türkiyə mediasında

Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı Əli Eyyüboğlu İranda yaşayan cənubi azərbaycanlıların rəqs fləşmobundan yazıb.

ARANTV.AZ-ın məlumatına görə, son günlər sosial şəbəkələrdə məşhurlaşan “Səni deyirlər” mahnısının sədaları altında oynayan gənclər qardaş ölkədə də diqqət çəkiblər.

Əli Eyüboğlu məqaləsində bunları qeyd edib:

“Sürücülərin avtomobildən düşüb rəqs etdiyi “Kiki Challeng” trendinə azərbaycanlılar da qoşulub. Amma burada musiqinin tərzi başqadır. Cənubi Azərbaycanda başlayan axımda “Səni deyirlər” adlı mahnı çalınır. Azərbaycanlıların rəqsi diqqətimi çəkmədi, amma mahnını bəyəndim. Yavaş başlayıb sonradan sürətlənən mahnının sözləri dinlədikcə adamın içini isidir. Bu bəstə bizim “Erik dalı”, “Ankaranın bağları” kimidir. Dinlədikcə oynamaq istəyirsən”.

axşam.az

Daha çox xəbərlər