Dünya 

Belə kilsə olmamışdı – ziyarətçiləri neon işıqlarla cəlb edəcəklər – VİDEO

Rusiyanın Krasnogorsk səhərində kilsənin qübbələri neon işıqlarla bəzədilib.

ARANTV.AZ-ın verdiyi xəbərə görə, bu barədə “Mash” “Telegram” kanalı yazır.

Kilsə xadimi Qriqori Gerominusun sözlərinə əsasən, bu addım insanların diqqətini cəlb etmək üçün atılıb:

“İnsanların kilsələrimizi görmələri üçün hər şeyi etməyə çalışırıq. İşıq fiziki mənada da görünməlidir”.

O, hesab edir ki, insanlar işığı gördükdə, kilsəyə gedib dua və ibadət etmək istəyəcəklər.

Rahib günbəzlərin işıqlandırılmasını insanları ibadətə çağıran kilsə zənginə bənzədir:

“İbadətgah sanki insanları “Bura gəlin, bura xüsusi, yerdir, işıqla dolu bir yer” deyərək dəvət edir”.BiG.AZ

Daha çox xəbərlər