Bakıda məsciddən oğurluq edən şəxsi tutub dirəyə bağladılar – VİDEO
Sosial şəbəkələrdə məsciddən oğurluq edən şəxsin sakinlər tərəfindən yaxalanıb, yol kənarındakı dəmirə bağlanılmasının görüntüləri yayılıb.
ARANTV.AZ-ın xəbərinə görə, iddia edilir ki, saxlanılan şəxs İlahiyyat məscidindən oğurluq edib.
Görüntülərdə oğru onu dirəyə bağlayan şəxsi “işverən” adlandırır. Cavabında isə həmin sakin oğruya şillə vurur.
Bildirilir ki, saxlanılan şəxs sonradan hadisə yerinə gələn polisə təhvil verilib.
oxu.az

