Siyəzəndə zəlzələ oldu
Siyəzən rayonu ərazisində 3,1 maqnitudada zəlzələ baş verib.
Axşam.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə qeydə alınıb.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

