Hadisə 

Bakıda əcnəbilərə “oğru qonaq” gəldi – Qadınlar pulları götürüb aradan çıxdılar

Bakıda əcnəbi vətəndaşlar qarət olunub.

ARANTV.AZ  xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, M.İbrahimov küçəsi 5 ünvanında yerləşən “Prestij” hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər – 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb.

Onlar polisə müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Daha çox xəbərlər