Tənha turistlər üçün ƏN YAXŞI ÖLKƏLƏR – REYTİNQ – FOTOLAR
Tək səyahət edən turistlər üçün ən yaxşı yerlərdən biri Xorvatiyadır.
ARANTV.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, müvafiq siyahı “HypeBae” portalı tərəfindən dərc olunub.
Reytinq tərtibçiləri hesab edir ki, həmin ölkə parklarda gəzmək, şəhərlərin görməli yerlərinə baxmaq üçün ideal məkandır. Bundan əlavə, Dubrovnikdə “Taxt-tac Oyunları” serialının çəkildiyi yerləri görmək mümkündür.
Həmçinin, Peruya gedib, qədim inklər şəhəri Maçu Pikçunu gəzmək məsləhət görülür.
Yoga və meditasiya kurortları ilə məşhur Bali, buddist məbədləri olan Cənubi Koreya və piyada gəzinti və alış-veriş üçün yerləri çox olan Nyu-York da tək səyahət edənlər üçün münasibdir.
Nəhayət, tənha turistlər mənzərəli yerləri ilə məşhur olan İsveçrəyə getməli, İtaliyanın milli yeməklərini dadmalı və ABŞ-ın Luiziana əyalətinin Nyu-Orlean şəhərindəki karnavalda olmalıdırlar.
Bundan əlavə, təklif olunan siyahıya Malta adası, Danimarkanın paytaxtı Kopenhagen, İspaniyanın Madrid və Barselona şəhərləri, İslandiya, Honkonq, Hollandiyanın paytaxtı Amsterdam, Yeni Zelandiya, Mərakeş, Avstraliya, Tayland, Yaponiya və Sinqapur da daxildir.
Xorvatiya
Maçu Pikçu
Malta
Bali
Cənubi Koreya
Nyu-York
İsveçrə
İtaliya
Nyu-Orlean
Kopenhagen
İspaniya
İslandiya
Honkonq
Amsterdam
Yeni Zelandiya
Mərakeş
Avstraliya
Tayland
Yaponiya
Sinqapur

