Meşə yanğınları, toz fırtınası, dolu və sel – Avstraliyada DƏHŞƏT – VİDEO
Avstraliya uzun müddətdir ki, fəlakətlərlə mübarizə aparır. Aylarla sönmək bilməyən meşə yanğınlarıdan sonra ölkə toz fırtınası, dolu və sel fəlakəti ilə üzləşib.

ARANTV.AZ-ın trthaber.com-a istinadən verdiyi xəbərə görə, golf topu böyüklüyündə olan dolu evlərə, müəssisələrə və avtomobillərə ziyan vurub.

Dubbo şəhərində və ətrafında müşahidə olunan nəhəng qum fırtınası bölgədə günəşin qarşısını alaraq, yaşayışa mənfi təsir göstərib.

Dövlət qurumlarından verilən məlumata əsasən, qum fırtınası bölgədəki güclü yağış və küləkli havaların nəticəsidir.
Paytaxt Kanberrada başlayan yağış Viktoriya, Yeni Cənubi Uels, Kvinslend və Melburna da təsirini göstərib.
Hökumət orqanları camaata küçələrə çıxmamaq üçün xəbərdarlıq edib.

