Dünya 

Moskvada mehmanxanada atışma: yaralılar var

Rusiyanın paytaxtında mehmanxanada atışma olub.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə “RAO Akademik” mehmanxanasının yerləşdiyi Kerç küçəsindəki bir hoteldə baş verib.

Bildirilir ki, naməlum şəxslər mehmanxanaya soxularaq atəş açıblar. Hadisə nəticəsində biri qarnından, digəri sinəsindən olmaqla, iki nəfər yaralanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı tədqiqatlara başlanılıb.

Daha çox xəbərlər