Bu izolyatorda ölümcül virusa tutulanlar aparılır – VİDEO
Çində yayılan ölümcül koronavirusa yoluxanlar üçün daşınan təcridxana görüntülənib.
ARANTV.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Şanxay hava limanından çəkilən görüntülər “Kitayskaya ugroza” (“Çin təhlükəsi”) “Telegram” kanalında dərc olunub.
Videoda hava limanının bir neçə qara geyimli əməkdaşının qapı-pəncərəsi olan sarı, kiçik izolyatoru binadan çıxardıqları görünür.

