Dünya 

Qar fırtınası Qazaxıstanda həyatı iflic etdi-FOTOLAR

Qazaxıstanın paytaxtı Nur Sultan şəhərində Meteoroloji Xidmət tərəfindən saniyədə 15-20 metr sürətlə qar fırtınası olacağına aid xəbərdarlıq edilib.

ARANTV.AZ  xəbər verir ki, xəbərdarlıqdan sonra başlayan qar fırtınası həyatı iflic edib.
Beynəlxalq Nursultan Nazarbayev Hava Limanının mətbuat xidmətinin verdiyi açıqlamaya görə, pis hava şəraiti səbəbindən 32 daxili və beynəlxalq reys təxirə salınıb.
“Uçuş təhlükəsizliyini təmin etmək üçün güclü fırtınada buzlaşmaya qarşı təyyarələrə maye tətbiq etməyə icazə verilmir”, – deyə məlumatda deyilir.
Nur Sultan İcra hakimiyyəti qart fırtınası səbəbiylə bəzi məktəblərdə təhsilin dayandırıldığını da açıqlayıb.Sonxeber.az

Qar fırtınası Qazaxıstanda həyatı iflic etdi-FOTOLARQar fırtınası Qazaxıstanda həyatı iflic etdi-FOTOLAR

Daha çox xəbərlər