Hadisə 

Azərbaycanda qadını ölümcül döydülər

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

ARANTV.AZ  report-a istinadən xəbər verir ki, hadisə Gülməmmədli kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1982-ci il təvəllüdlü Fərəcova Sehranə Əhliman qızı küt alətlə döyülüb.
O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Məlumata görə, S.Fərəcovanı tanıdığı şəxs döyüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər