Bakıda aptek müdirinin asılmış meyiti tapıldı
Bakıda aptek müdirinin meyiti iş yerində asılmış vəziyyətdə tapılıb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğludur.
Faktla bağlı araşdırma aparılır.APA

