Dünya 

Rusiya Türkiyə ilə İdlibi müzakirə edəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiyadan bir heyətin İdlibdəki son vəziyyəti müzakirə etmək üçün sabah Türkiyəyə gələcəyini söyləyib.

ARANTV.AZ xeber verir ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Slovakiyanın Xarici İşlər və Avropa Məsələləri üzrə naziri Lajcak ilə görüşdən sonra təşkil edilən mətbuat konfransında gündəmə dair vacib açıqlamalar verib. Rusiyadan bir heyətin sabah Ankaraya gələcəyini bildirən nazir Çavuşoğlu, “Rejimin (Əsəd rejimi nəzərdə tutulur) təcavüzü artıb. Rusiya ilə bu prosesi yenidən dəyərləndirəcəyik. İdlibdəki insani fəlakətin dayandırılması üçün nə lazımdırsa edəcəyik” deyib.Sonxeber.az

Daha çox xəbərlər