Bakıda ər arvadını bıçaqladı
Bakıda ər arvadını bıçaqlayıb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Şəhər sakini, 1983-cü il təvəllüdlü Kristina Ələsgərova münaqişə zəminində əri Ziyad Ələsgərov tərəfindən bıçaqlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.APA

