Avstriyada qatar avtobusla toqquşdu: ölən və yaralılar var
Avstriyanın cənub-şərqindəki Qrats şəhərində qatar avtobusla toqquşub.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.
Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub.
Qəzanın baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

