Axtarışda olan tanınmış bank sədri həbs olundu – 20 milyonluq mənimsəmə
Azərbaycanın axtarışa verdiyi “Nikoil Bank”ın idarə heyətinin keçmiş sədri Vasiliy Xamaza Rusiyada saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, federal və beynəlxalq cinayət axtarışında olan 60 yaşlı keçmiş bank sədri sentyabrın 17-də Moskvada ələ keçib. Barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, keçmiş sədrə Azərbaycanda Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb. O, 20 milyon manat mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, V. Xamaza 2005-ci ildən 2017-ci il iyul ayınadək bankın İdarə Heyətinin sədri olub.qafqazinfo

