Dünya 

Ermənistanda 6 yeni koronavirusa yoluxma faktı aşkar edilib

Ermənistanda 6 yeni koronavirusa yoluxma faktı aşkar edilib, xəstələnənlərin ümumi sayı 78-ə çatıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Naziri Arsen Torosyan deyib.

A.Torosyan bildirib: “Altı yeni təsdiqlənmiş koronavirusa yoluxma faktı var… Ümumi sayı 78-ə çatıb”.

Bundan əvvəl respublikanın hakimiyyət orqanları 72 təsdiqlənmiş koronavirusa yoluxma faktı barədə məlumat vermişdilər.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun (COVID-19) yayılmasını pandemiya xəstəliyi elan edib. Dünyanın 150-dən çox ölkəsində 173 mindən çox insan artıq yoluxub, əksəriyyəti sağalıb, 7 mindən çox insan ölüb.

Daha çox xəbərlər