Dünya 

Türkiyədə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Türkiyədə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəhrəddin Qoca bildirib.

Nazir yoluxanların ümumi sayının 98 nəfərə çatdığını deyib:

“Bu gün 89 yaşında ilk xəstəmiz vəfat edib. O, Çində yoluxmuş bir xəstə ilə təmasda olub”.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun (COVID-19) yayılmasını pandemiya xəstəliyi elan edib. Dünyanın 150-dən çox ölkəsində 173 mindən çox insan artıq yoluxub, əksəriyyəti sağalıb, 7 mindən çox insan ölüb.

Daha çox xəbərlər