Cəlalabadda güclü PARTLAYIŞ: ölənlər var
Əfqanıstanın şimalında güclü partlayış baş verib.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, insident Nanqarxar rayonunda Cəlalabad şəhərində qeydə alınıb. İlkin məlumata görə, partlayış nəticəsində azı 4 nəfər ölüb. Partlayışın miqyası güclü olduğu üçün ölü və yaralı sayının artacağı istisna olunmur.
Partlayışn necə baş verməsinin detalları hələ açıqlanmayıb. Hadisə yerinə pois və təcili tibbi yardım cəlb edilib.

