Türkiyədə güclü PARTLAYIŞ:2 ölü, 2 yaralı var

Türkiyənin Kırıkkale vilayətində sursat anbarı və məhvetmə poliqonunda partlayış baş verib.

Bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, raketə aid sursatın partlaması nəticəsində 2 nəfər həlak olub, 2-si yaralanıb.

Əraziyə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub./Report/