QHT rəhbərlərinin iştirakı ilə Əlillərin Regional Bərpa Mərkəzində monitorinq keçirilib
ARANTV.AZ xəbər verir ki, QHT–rəhbərlərinin iştirakı ilə, Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərkəzində müalicə alan vətəndaşların müalicə procedurasının monitorinqi keçirilib.
25 iyul 2018-cı il tarixində, Cənub bölgəsində, Əlil vətəndaşlara diqqət və qayğını gücləndirmək məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin tərəfindən həyata keçirilən, “Əlilliyi olan vətəndaşların tibbi-reabilitasiyası və əmək fəaliyyətindəki imkanları ilə bağlı monitorinqlərin keçirilməsi” layihəsi çərçivəsində, QHT–rəhbərlərinin iştirakı ilə, Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərtəzində müalicə alan vətəndaşların müalicə prasiduralarına monitorinq keçirildi.
Monitorinqdən sonra Mərkəzin iclas zalında, mərkəzdə müalicə alan vətəndaşlarla, tib işciləri və Lənkaran şəhərində fəaliyyət göstərən adiyəti olan QHT–rəhbərlərinin iştirakı ilə iclas keçirildi. Iclas, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının ərazi bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsi yad edilərək öz işinə başladı. İclası Bərpa Mərkəzinin direktoru Vəfa Şəbiyeva açaraq qonaqları və iclas iştirakçılarını, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun və Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərtəzinin adından salamladı.
Sonra Vəfa Şəbiyeva Mərkəz haqqında ətrafləı məlumat verərək bildirdi ki, 14 çarpayılıq olan Lənkəran Əlillərin Regional Bərpa Mərkəzi. Lənkəran şəhərində və ətraf, Astara, Lerik, Masallı, Biləsuvar, Yardımlı, Cəlilabad rayonlardan 30, 31, 32, 11 saylı TSEK-lərin göndərişləri əsasında əlillərə kompleks stasionar reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili və müalicə idmanına cəlb edilərək, sağlam həyat tərzinin təşkili istiqamətində fəaliyyət göstərən regional stasionar reabilitasiya müəssisəsidir.
Tədbirdə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini və layihənin rəhbəri Məcid Məmmədov həyata keçirilən layihənin əsas məqsədi haqında bildirdi ki, əlillərin Tibbi-Sosial Ekspert Komissiyalarına və rayon poliklinikalarında qanunda nəzərdə tutulmuş dövlət hesabına pulsuz müalicəvi sanatoriyalarına getmələri üçün putyovka almalarına köməklik göstərərək, onların müalicələrinini təşkil etməkdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Mərkəzləri ilə birgə əməkdaşlıq edərək, əlillərin işlədikləri idarələrdə və başqa əmək müəssisələrində yaranmış problemləri monitorinq edərək araşdırıb onlara hüquqi köməklik göstərmək və əlil vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.
Layihə Bakının Sabunçu, Xəzər və Lənkəran şəhrində yerləşən İdarə və müəssələrdə çalışan əlilliyi olan işçilərin işləyib-işləməmələri və Əlillərin Bərpa Məkəzi, Xəzər rayonunun Şaqan qəsəbəsində Müharibə əlillərinin Müalicə Sanatoriyası və Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərkəzlərində monitorinq apararıb əlill vətəndaşların müalicə prosiduralarına ictimai nəzarət edirik.
Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış edərək xususi ilə vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.
Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar davam edir və bundan sonrada ölkə rəhbəri tərəfindən davam edəcəkdir.
Rasim Mirzəyev çıxışının sonunda, Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərkəzində səliqə-səhmman və mərkəzin kolektivinin müalicə alan əlil vətəndaşlarla göstərdikləri xidmətin təkilindən və onlara götərilən diqqət və qayğıdan mənmum olduğunu bildirərək, gözəl xidmətin təşkilinə görə ilk öncə Mərkəzin direktoru Vəfa Şəbiyeva, həkimlərə və tibb başılarına öz təşəkkürünü bildirdi. Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi”nin direktoru Sərraf Oruc çıxış edərək bildirdilər ki, Azərbaycan Qanununvericiliyə əsasən əlil vətəndaşlar ildə bir dəfə dövlət büdcəsi hesabına pulsuz tibbi-reabilitasiya kursu keçməli və pulsuz putyovkalarla müalicəvi sanatoriyalara göndərilərək orada müalicə olunmalıdırlar. Əlil vətəndaşlarımızın müalicələrini təşkil etmək məqsədi ilə dövlət hər il nəzərdə tutulan qədər vəsait ayırır. Amma təəsüflər olsun ki, əlillərin çoxusu heç bir dəfə də olsun ki, pulsuz tibbi-reabilatiyasiya kursu keçməmiş və putovka ilə müalicəvi sanatoriyalara göndərilərək orada müalicə ola bilmirlər. Əlillərin çox hissəsi bilmirlər ki, müalicəvi sanatoriyalarda müalicə olunmaları üçün hara və necə müraciət etsinlər.
Tədbir iştirak edən, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Lənkəran şəhər şöbəsinin sədrİ Əbülfət Əliyev Lənkəran şəhərdə yaşayan müharibə veteranları və şəhid ailləri haqqında statistik məlumat verərək bildirdi ki, Lənkəran şəhərində 1600 müharibə veteranı vardır. Bunlardan 287 Əfqanstan müharibəsi veteranı, 140 nəfər Qarabağ müharibəsi əlilidirlər. 11 20 yanvar əlili və 200 şəhid ailəsi vardır. Onlardan 5 nəfəri Azərbaycanin Milli Qəhranıdır. Bu insanlara hər vaxt ilk növbədə Lənkəran şəhər İcra Hakimiyyətinin diqqət və qayğsı altındadırlar.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, görkəmli şair-ictimai publisist, jurnalist Mübariz Süleymanlı və “Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin Lənkaran şöbəsinin sədri, Azərbaycanın Milli Qəhraman şəhid atası Hacı Ələkbər Əliyev, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin Lənkəran şöbəsinin sədri Yusif Abdullayev, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkaran şöbəsinin sədri İlham Qurbanov, Cernobl İctimai Birliyinin Lənkəran şobəsinin sədri Azad Ağayev və Mərkəzdə müalicə alan əlil vətəndaşlar çıxış edərək, Lənkəran şəhərində əlil vətəndaşlara göstərilən diqqət və qayğılarından danşdılar.
Çıxşış edənlər Lənkəran şəhər Əlillərin Regional Bərpa Mərkəzində müalicə alan əlil vətəndaşlarla göstərdikləri xidmətdənvə onlara götərilən diqqət və qayğıdan razı qaldığlarını bildirdilər. Lakin, Lənkəran şəhərində və ona ətraf olan, 7 rayon, Astara, Lerik, Masallı, Biləsuvar, Yardımlı, Cəlilabad rayonlarının əlil vətəndaşlarına xidmət göstərən Regional Mərkəzin 14 çarpayiliq olduğu üçün narazılığlarını bildirərək, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyevdən və layihə rəhbərindən Regioanal Bərpa Mərkəzinin yeni müalicə otağlarının tikilərək çapatıların sayının artırılmasını və müasir müalicə avadanlığları, idman qurğuları ilə təmin olunmasını yuxarı dairələrdə məsələ qaldırımasını xahiş etdilər. Iclas iştirakçılarına, layihə çərçivəsində hazırlanmşı “Əlil vətəndaçların tibbi reabilitiyasası və əmək fəaliyyətlərindədi imtiyazları” haqqında maarifləndirmə kitabları paylanıldı.
Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

