Cəmiyyət 

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektoru Adilxan Xəlilov vəzifəsindən azad edilib.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə müvafiq əmri Təhsil Naziri Ceyhun Bayramov imzalayıb.

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumatı saytımıza təsdiqləyib.

O bildirib ki, Adilxan Xəlilov öz ərizəsi ilə işdən azad edilib:

“A.Xəlilov bir müddətdir ki, səhhəti ilə bağlı müalicə alır. Bu ilin yanvarında Türkiyədə əməliyyat olunduqdan sonra gərgin iş rejimində çalışa bilməyəcəyini bildirib. İşdən azad olunmaqla bağlı ərizə ilə müraciət edib və onun xahişi təmin olunub”.Oxu.Az

Daha çox xəbərlər