Hadisə 

Bakıda oğurluqda şübhəli bilinən dayə tutuldu

Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

ARANTV.AZ  xəbər verir ki, martın 28-də Xətai Rayon Polis İdarəsinə (RPİ) rayonun “Sovxoz” küçəsində yerləşən evlərdən birindən naməlum şəraitdə üç min manat oğurlanması ilə bağlı məlumat daxil olub.

Məlumat əsasında Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı sakini – 1973-cü il təvəllüdlü S.Nəsirova saxlanılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, 47 yaşlı qadın oğurluq etdiyi evdə dayə kimi çalışırmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.Oxu.Az

Daha çox xəbərlər