Dünya 

Türkiyədə şagirdləri aparan mikroavtobus aşıb, 1 nəfər ölüb, 18 nəfər yaralanıb

Türkiyənin Kocaeli əyalətinin Körfəz rayonunda orta məktəb və lisey şagirdlərini aparan mikoravtobusun aşması nəticəsində bir nəfər ölüb, 18 nəfər yaralanıb.

ARANTV.AZ  report-a istinadən xəbər verir ki, Anadolu avtomobil yolunun Şirinyalı hissəsində sürücünün idarəetməni itirməsi səbəbindən maşın aşıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım heyəti cəlb edilib.

Şagirdlər İstanbulda keçirilən TEKNOFEST-də (Texnoloji festival) iştirak etmək üçün Aksaraydan yola düşübmüşlər. Tədbir sentyabrn 20-də başlayıb, 23-dək davam edəcək.

Daha çox xəbərlər