Şou biznes 

Aygün Kazımova və Dj David Vendettadan möhtəşəm konsert

ARANTV.AZ xəbər verir ki, bu gün Aygün Kazımovanın Baku Crystal Hall-da “30-il” adlı möhtəşəm solo konsertindən bir il ötür. Yaxın günlərdə “Duy” “EP albom”u ilə daha bir ilkə imza atan xalq artisti Aygün Kazımova bununla kifayətlənməyib bir il sonra musiqisevərlərə möhtəşəm konsert vəd edir. Belə ki, dekabrın 1-i Elektra Hall-da baş tutacaq konsertdə dünya şöhrətli Dj David Vendetta və Aygün Kazımova hər kəsə unudulmaz gecə yaşadacaq. Konsert zamanı Aygün Kazımova yeni albomundakı mahnıları DJ – David Vendettdanın müşaiyəti ilə təqdim edəcəklər. Məşhur dj-in regional prodüseri Boris Abdul indidən konsert üçün hazırlıqlara başladıqlarını və Bakıda sevənləri ilə görüşmək üçün səbirsizləndiklərini bildiriblər. Əgər siz də bu gecənin bir parçası olmaq, milli və müasir musiqinin həzzini birlikdə çıxarmaq istəyirsinizə, tələsin! Biletləri iticket.az saytından əldə etmək mümkündür.

Daha çox xəbərlər